Salam əzizlərim, bu günlər mənim üçün önəmli bir tarixdir. Ona görə də sevincimi ən dəyərli olan sevdiklərimlə, yəni sizlə bölüşmək istədim ☺️ Bəlkə də bu önəmli deyil, amma xüsusi olaraq paylaşmağa və qeyd etməyə qərar verdim. Kimiləri bir futbol klubuna, kimiləri musiqi qrupuna, kimiləri də başqa maraqlarına həyatını bağlayır. Məni tanıyanlar bilirlər ki, mənim azarkeşlik etdiyim digər şeylər də var-futbol və s. Amma bu yarışın, yəni Eurovision-un həyatımdakı və ürəyimdəki yeri tamam ayrıdı 😍 11 il bundan öncə məhz bu tarixdə, mən 8 yaşımda ikən bu yarışla maraqlanmağa başladım. Özümü tərifləmək və dartmaq olmasın, amma o zamanlar mənimlə yaşıd olanlar öz uşaqlıqlarını "Kukla", "Tıq-tıq xanım" və s. ilə keçirərkən mən "Fairytale" ilə yatıb-dururdum 😂 Düzdür, bəzən çox əsəbiləşirəm, bəzən çox üzülürəm, amma hər şeyin sonunda deyirəm yaxşı ki, bu gözəl yarış var imiş ☺️🙏 Ömrümün ən gözəl və unudulmaz anları (mənə görə) bu yarışla və dostlarımla keçdi. İldən-ilə daha gözəl mahnılar eşitdim. 2009-cu ilin bu vaxtında özüm öz həyatımda yeni səhifə açdım ☺️ Və nə olursa olsun, heç kəs (müğənni) mənim üçün bu yarışdan daha üstün deyil Məqsədim, həyatımı ən yaşlı Eurofan olaraq başa vurmaqdı, indi ya qismət 😃☺️ Merci ☺️🙏❤️

397 days ago
11
42
-
-
hiidcsoumac 397 days ago
Gəlki bu il Korona imkan vermir😍Təbriklər yaxşıki bu tarix sənin kimi Eurofan dost bəxş etdi bizə
-
-
-
-
-
-
-
-